ADA ilə MEDİA-nın birgə keçirdiyi seminarların ilk mərhələsi tamamlanıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə təşkil etidiyi "Media və kommunikasiya siyasəti medianın gözü ilə" mövzusundakı seminarların ilk mərhələsi başa çatıb.
Universitetdən Milli.Az-a bildirilib ki, 25-26 yanvar tarixlərində keçirilən seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak ediblər.
Seminar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetinin media üzrə müəllimi Şəfəq Mehrəliyeva, "BP Azerbaijan" şirkətinin modernləşdirmə və transformasiya üzrə rəhbəri Rəşad Bayramov, Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin Siyasi Tədqiqat və Nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviç, "ASAN Radio"nun direktoru Emin Musavi, "REAL Təhlil İnformasiya Mərkəzi"nin direktoru Mir Şahin Ağayev, "APA Group"un direktoru Vüsalə Abışova ilə panel müzakirələr təşkil edilib.
İştirakçılar "İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu", "Media gündəminin qurulması. Xarici mediaya çıxış", "Ənənəvi və sosial media" kimi mövzularda fikir mübadiləsinə qoşulub, media əlaqələri və kommunikasiya strategiyalarının qurulması ilə bağlı fərqli yanaşmaları analiz ediblər.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev seminarları tamamlayan iştirakçıları təbrik edərək, onlara sertifikatlarını təqdim edib.
Seminarların növbəti mərhələsi 2-3 fevral tarixlərində keçiriləcək. MEDİA və ADA Universiteti növbəti aylarda da mütəmadi olaraq bu formatda birgə seminarların keçirilməsini planlaşdırır.
Qeyd edək ki, ADA Universiteti "Al Jazeera Media Institute" ilə əməkdaşlıq istiqamətində danışıqlara başlayıb. Universitet bu qurumla media və kommunikasiya sahəsi üzrə xarici mütəxəssisləri cəlb etməklə birgə təlimlər təşkil edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Naomi Kempbell Bakıda - (Video)
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
XƏBƏR LENTİ
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Azərbaycan nefti 121 dolları keçdi
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı





