“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Silk Way West Airlines" Tokio Narita Hava Limanına həftədə iki dəfə həyata keçiriləcək yeni yük marşrutunun açılışı haqqında elan edir. Marşrut üzrə ilk reys 11 fevral 2021-ci il tarixinə planlaşdırılıb. "Silk Way West Airlines" və Nippon Cargo Airlines arasında imzalanan müqaviləyə əsasən tərəfdaşlar Bakı ilə Tokionu birləşdirən birgə uçuşlar həyata keçirəcək. Birbaşa müntəzəm uçuşlar vasitəsilə yüklər Bakının H. Əliyev adına Beynəlxalq Hava Limanından Yaponiyanın ən vacib beynəlxalq hava yük keçidi sayılan Narita Beynəlxalq Hava Limanına çatdırılacaq.
Qərargahı İpək Yolunun mərkəzi Bakı şəhərində yerləşən, Xəzər dənizi bölgəsinin hava yük daşımalarını həyata keçirən ən böyük şirkəti olan "Silk Way West Airlines"ın əsası 2012-ci ildə qoyulub. Aviaşirkət Şərqi Asiya, Yaxın Şərq, Orta Asiya, Avropa və ABŞ hava limanlarını əhatə edən hava yük şəbəkəsini daim genişləndirməkdədir.
"Silk Way West Airlines" 2018-ci ildən etibarən Bakını Osaka Kansai hava limanı ilə birləşdirən həftəlik uçuşları həyata keçirərək, Yaponiyanın hava yük daşımaları bazarına xidmət göstərir. Bu ölkəyə yeni uçuşların başlanması ilə şirkət, həm Yapon, həm də beynəlxalq tərəfdaşlar üçün hava nəqliyyatı xidmətlərinin keyfiyyətini daim artırıb, getdikcə bölgənin yük daşıma şəbəkəsində daha da əhəmiyyətli rol oynayacaq.
"Yeni hava körpüsünün tariximizdə ilk dəfə olaraq iki paytaxt şəhərini birbaşa birləşdirəcəyindən, müntəzəm uçuş şəbəkəmizin coğrafi genişlənməsinin davam etdiyindən məmnunuq. Artıq o, Şimali Asiyanı tamamilə əhatə edir"- Silk Way Group-un prezidenti cənab Zaur Axundov qeyd edib. "Eyni zamanda, yük xidmətlərinə olan qlobal tələbatı ödəmək üçün Bakı hava limanında hava nəqliyyatı infrastrukturunu daim inkişaf etdiririk və əminliklə deyə bilərəm ki, hər hansı bir yükə, o cümlədən, termohəssas yükləri qəbul etməyə tamamilə hazırıq" - deyə, cənab Axundov əlavə edib.
"Bu yeni marşrutun açılması bölgədəki bir neçə tərəfdaşla uzun illər davam edən əməkdaşlığa daha da təkan verir və bu baxımdan Silk Way Group - un İcraçı Müşaviri cənab Katsutoşi Tanaka və Silk Way West Airlines-ın Yaponiya üzrə Regional Direktoru cənab Emre Mərcanın dəyərli töhfələrini vurğulamaq istərdim, onların birgə səyləri sayəsində Silk Way West Airlines və Nippon Cargo Airlines arasında müqavilə imzalanmışdır. Bu müqavilənin imzalanması Silk Way West Airlines və Yapon tərəfdaşlarımız arasındakı münasibətlər tarixində yeni bir səhifə açır" - Silk Way West Airlines-ın prezidenti cənab Volfqanq Mayer belə deyib.
"Silk Way West Airlines"ın 2012-ci ildə əsası qoyulub və hal-hazırda bu şirkət hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerikanın ölkələrinə 50-dən artıq istiqamətdə 250-dən çox müntəzəm və çarter reyslərini həyata keçirir. Şirkətin aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 15 Boeing 747-400F və Boeing 747-8F təyyarələrindən ibarətdir. Boeing aviakonserninin məlumatına əsasən, Silk Way West donanma böyüməsi dinamikası, uçuş coğrafiyasının genişlənməsi və daşınan yüklərin həcmi kimi məyarlara görə ən sürətli böyüyən aviadaşıyıcı kimi tanınıb. Bu gün bütün bu meyarlara görə aviaşirkət Avropada üçüncü yer tutur.
DİGƏR XƏBƏRLƏR
-
Rəqsanə oğlu ilə hovuz kənarından videosunu yaydı
-
Şagirdlər üçün “ağıllı müəllim”: Yeni sistem hazırlanır
-
Xaçmaz heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq
-
Vaqif Nəbiyev vəfat etdi
-
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
-
Şəbnəm Tovuzludan onunla şəkil çəkdirmək istəyən kişiyə sərt reaksiya - (Video)
XƏBƏR LENTİ
-
Rəqsanə oğlu ilə hovuz kənarından videosunu yaydı
-
Şagirdlər üçün “ağıllı müəllim”: Yeni sistem hazırlanır
-
Xaçmaz heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq
-
Vaqif Nəbiyev vəfat etdi
-
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
-
Şəbnəm Tovuzludan onunla şəkil çəkdirmək istəyən kişiyə sərt reaksiya - (Video)
-
Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı - (Video)
-
Temperatur 38 dərəcəyə qalxacaq - Proqnoz
-
Quzu əti bahalaşıb: Qiymətlər 25 manata çatır
-
Şuşanın sədası, Ağ Evin əks-sədası
-
Erlinq Haaland sevgilisi ilə görüntüləndi – Gözəlliyi müzakirə yaratdı - (Video)
-
Heydər Əliyev Mərkəzinin binası Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb
-
Samir Şərifov sədr təyin edildi
-
İsrail parlamenti fəaliyyətini dayandırdı
-
Bazarlarda yeni qayda: Açıq məhsullar etiketlənəcək - (Foto)
-
Xalq şairi reanimasiyadadır
-
Əməliyyatdan sonra Kəmalə Günəşlinin səhhətində problem yarandı: "Boğuluram" - (Video)
-
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıb
-
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Bu dəfə Dağıstanda avtobus sürücüsü sərnişinlərdən küsdü - (Video)
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib





