Ölkə

Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı

18 Yanvar 2021 15:31
Baxış: 2 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qapalı su hövzəsi olduğundan Xəzərin səviyyəsində periodik dəyişmələr mümkündür. Səviyyənin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bildirib.

Onun sözlərinə görə, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Beynəlxalq iqlim modellərinə görə Xəzər hövzəsində yağıntı rejiminin proqnozlaşdırılmasında kifayyət qədər qeyri-müəyyənlik və uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən hazırda Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı elmi əsası olan fikir söyləmək mümkün deyil.

R.Səttar-zadə qeyd edib ki, Xəzər dənizinin səviyyəsində hazırda müşahidə edilən enmə prosesi 1995-ci ildən müşahidə edilir.

1977-ci ildə Xəzərin səviyyəsinin XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azaldığını deyən R.Səttar-zadə qeyd edib ki, dənizdəki hazırkı səviyyə azalması 1977-ci ildən çox deyil.

Nazirlik rəsmisinin sözlərinə görə, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi -27,91 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

R.Səttar-zadə əlavə edib ki, 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.