"COVİD-in ikinci dalğasının sönməsi ərəfəsini yaşayırıq, amma 3-cü..." - HƏYƏCAN TƏBİLİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ölkədə sərt karantin rejiminin yumşaldılması vacib və lazımı addımdır".
Bunu Milli.Az-a açıqlamasında həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov deyib.
O bildirib ki, sərt karantin rejimi dərhal götürülməlidir:
"Sərt karantin rejimini yumşaltmaqda gecikirik. Virusun yayılmasına təsir etməyən qadağalar ləğv olunmalıdır. SMS-lə küçəyə çıxmaq hesab edirəm ki, virusun yayılmaması üçün heç bir əhəmiyyət daşımır. Azərbaycanın hər yerində koronavirus xəstəsi var. Rayona gediş-gəlişi məhdudlaşdırmaqla virusun yayılmasının qarşısını almaq mümkün olan iş deyil. Dünyanın heç bir yerində tək işləyən geyim mağazaları bağlanmayıb. O cür məkanlara gündə bir-iki nəfər girə bilərdi ya yox.
Məktəblər, tədris dərhal bərpa olunmalıdır. Biz kütləvi savadsızlığa doğru gedirik. Həkim kimi müşahidəmdə görürəm ki, həyəcan, təşviş pozuntuları depressiv xəstələrin sayı artıb. Sərt karantin rejimi dərhal götürülməlidir. Xüsusilə də artıq vaksin gəlib. Onsuz da bu virus hava-damcı infeksiyasıdır və hava-damcı infeksiyalarının bütün növləri dalğavari gedişə malikdir. Bir dalğa olur, sonra sönür. Biz indi ikinci dalğanın sönməsi ərəfəsini yaşayırıq. Əgər dalğa sönürsə, biz niyə insanlara belə əziyyət verək?! İqtisadiyyatımızı niyə çəkdürək?!
Dalğa sönmək üzrədir. Sonra 3-cü, 4-cü dalğa da ola bilər. Biz 10 aydır ki, sərt karantin rejiminə baxırıq. Statistikada Azərbaycan ölümün və yoluxmanın sayına görə dünyada üst yerlərdədir. Sərt karantin rejimi insanlarda kollektiv immunitetin yaranmasına mənfi təsir edir. Əgər biz yayda xüsusi karantini ləğv etsəydik və bu tədbirləri görməsəydik, Azərbaycanda hazırda insanlarda kollektiv immunitet yaranmışdı və artıq bu xəstəlik bizim üçün heç bir təhlükə törətmirdi. Necə ki, Çində heç bir təhlükə törətmir.
Biz əvvəlki həyatımıza dönməliyik. Necə qrip virusu ilə bu vaxta kimi yaşayırıq, vərəmlə bu cür yaşayırıq, elə də koronavirusla yaşamağı öyrənməliyik. Bir fakt deyim, keçən il vərəm xəstəliyindən ölənlərin sayı COVİD-19 xəstəliyindən ölənlərin sayına bərabərdir, eyni qədər adam ölübdür. Yaxud da avtomobil qəzasında ölənlərin sayı COVİD-dən ölənlərin sayından qat-qat çoxdur. Onda gərək avtomobillərin hərəkətini qadağan edək, heç kəs maşına minməsin. Çünki avtomobil nəqliyyatında qəzalardan ölənlərin sayı COVİD-dən ölənlərin sayından çoxdur. Biz normal, əvvəlki həyata qaytmalıyıq. Sadəcə olaraq testləri pulsuz etmək lazımdır, cavablar dərhal olmalıdır, bir həftəyə yox, bir də apteklər müvafiq keyfiyyətli dərmanlarla təchiz olunmalıdır. Əgər apteklərdə dərman olsa və testlər vaxtında, operativ şəkildə aparılsa koronavirus xəstəliyi bilindiyi qədər təhlükəli olmaz.
Müalicə yanlış aparıldığı üçün bizdə ölüm sayı çoxdur. Yəni, müalicə vahid müalicə protokoluna uyğun aparılmır. Hər həkim bir antibiotik, bir sistem yazır. Hərə ağlına gələn bir şeyi edir. Bu cəhətdən anarxiya var. Təşkilatlanma işi doğru, düzgün təşkil olunmalıdır və bütün məhdudiyyətlər aradan götürülməlidir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan reportaj - (Foto)
-
Sevgili Serenay Sarıkaya ilə bağlı özəl anını paylaşdı - (Video)
-
Bakıda CAMCA Regional Forumu keçirilir
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - (Video)
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
XƏBƏR LENTİ
-
Ronaldonun bacısı da millidəki qalmaqala qoşuldu
-
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan reportaj - (Foto)
-
Sevgili Serenay Sarıkaya ilə bağlı özəl anını paylaşdı - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Bakıda CAMCA Regional Forumu keçirilir
-
Arda Güler yenə ən yaxşı seçildi
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - (Video)
-
Evlərin divarına folqa sarımağa başladılar
-
Bu möcüzəni yeyənin qaraciyəri yenilənir: Suyunu içməyin
-
Gündə 1 çay qaşığından çoxu zərərlidir: Təzyiq xəstələrinin uzaq durmalı olduğu 3 qida
-
Ən çox qəhvə içilən ölkələr
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)





