Ölkə

Evdə qumar oynayan 6 nəfər məsuliyyətə cəlb olundu

6 Yanvar 2021 12:37
Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xocalı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Qaraçinar kənd sakini Ramiz Zamanovun özünə məxsus fərdi yaşayış evinə xüsusi karantin qaydalarını pozaraq həmkəndlilərini dəvət etməsi və onlarla qumar oynaması aşkar edilib.

Bununla əlaqədar olaraq, Müseyib Verdiyev, Toğrul Cəfərov, İnqilab Dadaşov, Ağa Qurbanov, Sulduz Verdiyev və ev sahibi Ramiz Zamanov barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 525-ci (Qumar oyununda iştirak etmə) maddələri ilə protokol tərtib edilərək baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.