Ölkə

"Tarqovı" insan qaynayırdı - Şəhərə çıxan bu insanların icazəsi varmı? - VİDEO

3 Yanvar 2021 09:20
Baxış: 2 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunsa da, bu gün axşam saatlarında paytaxtın mərkəzi sayılan Nizami küçəsində insan sıxlığı yaranıb. Xüsusilə sıxlıq virusun tüğyan etdiyi bu ərəfələrdə gözləniləndən artıq olub. Kimisi iş icazəsi ilə, kimisi isə sms icazədən istifadə edib şəhərə çıxıblar. Lakin nəzərə almaq lazımdır ki, sərtləşdirilmiş karantin rejimin məqsədlərindən biri də məhz sıxlığın qarşısının aınmasıdır. Çünki virusun yalılma səbəblərinin başında elə insanların sıx toplaşması dayanır.

Dünən axşam saatlarında şəhərin mərkəzində əməlli-başlı insan sıxlığı yaşanıb. Valideynlər övladları ilə, gənclər isə dostları və yaxınları ilə gəzintiyə çıxıblar

Sıxlıq o qədər çox olub ki, hətta bəzi hallarda ara məsafəsi də pozulub.

Bayram istirahətindən istifadə edib gəzintiyə çıxanlar ya sms icazə alanlar idi, ya da iş icazəsi olanlar. Qeyri iş günü olmasına baxmayaraq, iş icazəsindən istifadə edib gəzənlər isə polislər tərəfindən müəyyən edildi və protokol yazıldı.

Sərtləşdirilmiş karantin rejmi olduğundan iaşə müəssisələri ancaq onlayn xidmət göstərirdilər. Bu isə bəzi hallarda belə obyektlərin qarşısında da sıxlığa səbəb olurdu

Nəzərə almaq lazımdır ki, sərtləşdirilmiş karantin rejimin məqsədlərindən biri də məhz sıxlığın qarşısının alınmasıdır. Çünki virusun yalma səbəblərinin başında elə insanların sıx toplaşması dayanır.

Ətraflı Xəzərxəbərin süjetində:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.