Ölkə

Naxçıvan şəhidimizi qarşıladı - FOTO

22 Dekabr 2020 19:12
Baxış: 1 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçumuz Həmzəyev Mərhəməd Rizvan oğlunun üçrəngli bayrağımıza bükülən cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Şəhidimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb. Sonra  "Qurani-Kərim"dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib. Şəhidin cənazəsi doğulduğu kəndə yola salınıb.

Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.