Ölkə

Bütün əməkdaşlar “İdarə”nin yeni müavinindən şikayətlənir - VİDEO - FOTO

11 Dekabr 2020 18:34
Baxış: 2 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin efirində yayımlanan "İdarə" serialı teleməkanda fərqli süjeti ilə seçilən serialdır.

Milli.Az xəbər verir ki, serialın baş qəhrəmanı Aydın İctimai Nəzarət İdarəsinə müdir müavin təyin edilir. İllərlə yaxşı təhsil almaq üçün bir çox imtahanlardan üzü ağ çıxan Aydının "həyat imtahanı" bundan sonra başlayır. Həm işdə, həm də evdə onu çox sınaqlar gözləyir. Vəzifəyə təyin olduqdan sonra yaranmış vəziyyətdən sui-istifadə edən qohumların "işə düzəltmə" davası, bir yandan da İdarədə 1-ci müavin vəzifəsində çalışan Rafiqin onu uzaqlaşdırmaq məqsədi.

Qeyd edək ki, "İdarə" serialının 1 və 2-ci bölümünə ARB TV-nin "youtube" hesabından baxa bilərsiniz. 

"İDARƏ" serialının yeni bölümünü bu axşam 21:00-da ARB TV-də izləyə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.