Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 5-də Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, "T-network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli" adlı onlayn müzakirə təşkil olunub.
Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirak etdiyi görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib.
Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrənilib, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulub. Həmçinin Təhsil Nazirliyinin Sinqapurla əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılıb.
Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev bildirib ki, beynəlxalq qiymətləndirmə proqramlarında ilk sırada olan Sinqapur ilə əməkdaşlıqda özümüzəməxsus məzmun, təcrübə formalaşdırılacaq.
Nazirlər Kabinetinin Qərarı ilə "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"nın təsdiq olunduğunu diqqətə çatdıran Anar Nağıyev qeyd edib ki, bu sənədə əsasən V sinifdə "Təbiət" fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək.
"T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə davam edən müzakirələrdə Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, Sinqapurun "Alston" nəşriyyatının icraçı direktoru Vi Çi Sim, "Marshall Cavendish" nəşriyyat evinin Mərkəzi Asiya üzrə bölgə direktoru Xairi Salehuddin Bin Abdullah, fizika müəllimi Yalçın İslamzadə, kimya müəllimi Elmir Manafov, biologiya müəllimi Həsən Həsənov, riyaziyyat müəllimi Vüqar Musayev çıxışlar ediblər.
Müzakirə Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən yayımlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
XƏBƏR LENTİ
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)





