Azərbaycanda koronavirusla bağlı həyəcan təbili: qapanma, yoxsa...?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müharibə rəşadət göstərmiş şanlı ordumuzun bizə nəsib etdiyi zəfərlərin sevincini doyunca dadmamış, koronavirusun yaratdığı çətinliklərin məyusluğunu yaşamaq məcburiyyətində qalmışıq. Aramızda virusun yalan olmasına inanların sayı azalır, çünki bir vaxtlar onu inkar edənlər, özləri yoluxandan sonra gec də olsa onun həqiqətdə mövcudluğunu görürlər və şübhələr azalır.
Milli.Az bildirir ki, bunu iqtisadçı Qubad İbadoğlu COVID-19-la bağlı narahatlığını öz Facebook hesabında ifadə edərkən bildirib.
Q.İbadoğlunun sözlərinə görə, ətrafda virus xəstələrı durmadan artır, onlar arasında ailə üzvləri, qohumlar da, tanışlar da var:
"İndi hər kəs üçün həlli vacib olan əsas məsələ virusdan qorunmaqdır. Buna nail olmaq virusun əhatə dairəsi genişləndikcə, yoluxanlar kütləviləşdikcə, mümkünsüz görünür.
Artıq dilemma qarşısındayıq: kollektiv müqavimət formalaşdırılmalı, yoxsa yenə də sosial tədricə keçməliyik. Bu sualın müxtəlif ölkələr fərqli cavablandırır.
Əksəriyyət sosial tədricə üstünlük versə də, dünyada Böyük Britaniya, İsveç kimi virusu qəbul edib onu görməməzliyə vuran ölkələr, hətta Türkmənistan kimi virusun olduğunu yasaq edən ölkələr də var.
Peyvəndlər barədə müzakirələr çoxalsa da, hələ Rusiya və Çindən savayı heç bir ölkədə peyvəndin kütləvi istehsalına start verilməyib. Xoş xəbər odur ki, Avropa və Amerikada da bu sahədə araşdırma işləri yekunlaşır və dünyanın aparıcı dövlətləri növbəti mərhələyə keçid ərəfəsindədir".
Ekspert koronavirusla mübarizədə hökumətə və əhaliyə öz təkliflərini də verib:
1. Hesab edirəm ki, vaxt itirmədən xaricdən (ABŞ və ya Avropa istehsalı olan) peyvənd, eləcə də virusa qarşı istifadə olunan vitaminlər və bədənin müqavimətini gücləndirən peraparatlar sifariş etməlidir.
2. Əhaliyə, xüsislə həkimlərə sosial, sahibkarlara da iqtisadi dəstək proqramlarını davam etdirməlidir.
3. Testləri ödənişsiz etməli və ekspress testə şərait yaradan səyyar laboratoiyalar təşkil etməlidir.
4. Mövcud xəstəxanalarda koronavirus üzrə ixtisaslaşmış bölmələr yaratmalı və çarpayı saylarını artırmalıdır.
5. Modul tipli daha 10 yeni hospital quraşdırılmalıdır.
Əhali nə etməlidir?
İlk növbədə insani hissləri, humanizm və mərhəməti artırmalı, hər kəs qohumlardan, dostlardan, tanışlardan xəbər tutmalı, bir-birlərinin halını xəbər almalı, xüsusilə də risk qrupuna daxil olanlara sosial diqqəti artırmalıdır.
İkincisi, orqanizmin müqavimətini artırmaq üçün qida və yuxu rejiminə əməl, gündəlik dezinfeksiya qaydalarına riayət etməlidir.
Üçüncüsu, xəstəliyin simptomlarını hiss edən kimi test verməli və nəticə pozitiv olarsa karantin rejiminə əməl etməli və müalicəyə başlamalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
XƏBƏR LENTİ
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər





