"Azərbaycanda yoluxma sayı təhlükəli həddə çata bilər" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq 7 aydır ki, COVİD 19 infeksiyasına yoluxmuş xəstələrin psixiatrik durumu tərəfimdən qiymətləndirilir.
Bunu Milli.Az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") COVİD-19 infekiyasi üzrə konsultant psixiatrı Aytən Namazova deyib.

O bildirib ki, COVİD 19 infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə maksimal dərəcədə tətbiq edilmiş karantin qaydalarına əməl etməliyik:
"Bu günlərdə Vətənimiz hər iki düşmənlə qətiyyətli şəkildə eyni arada mübarizə aparır. Əsgərlərimiz ön cəbhədə öz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətənimizin müdafiəsində, həkimlərimizin isə hər iki cəbhədə göstərdikləri fədakarlıqlar danılmazdır. Ön cəbhədə qəhrəmancasına şəhid olan hərbiçilərimizi, əsgərlərimizi və eyni zamanda hər iki cəbhədə şəhid olan həkimlərimizi böyük hörmət və qürur hissi ilə anırıq. Hazırda bildiyimiz kimi son günlər Vətənimizdə COVİD 19 infeksiyasına yoluxanların sayı durmadan artır. Yoluxma sayı sürətlə irəliləyib, təhlükəli həddə çata bilər. Bu dönəmdə ordumuzun, əsgərlərimizin, əhalimizin sağlamlığını və əhval-ruhiyyəsini nəzərə alaraq COVİD 19 infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə maksimal dərəcədə tətbiq edilmiş karantin qaydalarına əməl etməli, tibbi maskalardan mütləq şəkildə istifadə etməli və sosial məsafə qorunmalıdır".
Psixiatr bildirib ki, COVİD 19-a yoluxmuş xəstələrin konsultasiyası zamanı ilk dönəmlərdən fərqli olaraq psixoloji pozuntulara nisbətən az rast gəlinir:

"COVİD 19 pandemiyasının ilk dönəmlərində koronavirusa yoluxmuş xəstələrin konsultasiyası zamanı psixoloji durumunda qorxu, həyəcan, təşviş, yuxu pozuntuları və depressiv hallar daha çox müşahidə edilirdi. Hal-hazırda bu kimi psixoloji pozuntulara nisbətən az rast gəlinir. Səbəb isə, təbii ki, əhalimizin pandemiyanın ilk vaxtları ilə müqayisədə daha çox təlimli və ehtiyatlı davranmalarıdır. Onu da qeyd edim ki, konsultasiya zamanı müşahidə etdiyim ən maraqlı məqamlardan biri müharibə dövründə Vətənimizin işğaldan azad olunmuş torpaqlarının sevinc xəbərini eşitdikcə xəstələrdə ruh yüksəkliyi daha da artır və xəstəliklərinə qarşı psixoloji immunitetləri, sanki, möhkəmlənmiş olur".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
XƏBƏR LENTİ
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir





