Naftalanda 5 ailə üzvünü itirən hərbçi - “Cəbhəyə dönəcəyəm” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi, sentyabrın 27-də işğalçı Ermənistanın silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə atəş açması nəticəsində Naftalanın Qaşaltı kəndinin sakini Nadir Qurbanovun 5 ailə üzvü həlak olmuşdu.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün Rusiyanın "Dojd" telekanalı Nadir Qurbanovdan sentyabrın 27-də hadisə yerində aldığı qısa müsahibəni yayımlayıb. Məlum olub ki, ailə faciəsi yaşayan həmin şəxs hərbçi imiş:
"Nə baş verdiyi göz önündədir. Mənim atam, anam, yoldaşım, oğlum və qardaşımın qızı - hamısı burada idi, hamısı da həlak oldu. Bundan artıq nə demək olar?!"
6 il Azərbaycan ordusunda xidmət edən Nadir Qurbanov Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə də həmin vaxt cəbhədə olduğunu və hücumlar kəskinləşdiyi zaman ailəsi ilə əlaqə saxladığını, ancaq anası və yoldaşının başqa yerə getməyə razı olmadıqlarını bildirib.
Qaraqoyunlu kəndinə təxminən 20 mərmi düşdüyünü xatırladan Qurbanov, "Bunların dördüncüsü evimə düşdü. Xəbər alan kimi dərhal gəldim",-deyə qeyd edib.
Qurbanov evə çatdıqda dəhşətli bir mənzərə ilə qarşılaşdığını və yerdə 15 illik yoldaşı, anası, atası və 2 uşağın cəsədlərini gördüyünü bildirib.
O, Bakıda oxuyan böyük oğlundan başqa ailəsindən heç kimin sağ qalmadığını qeyd edib.
"Bundan sonra nə etməyi düşünürsən?" sualına isə "Sağ qalan yeganə oğlumu ən yaxşı şəkildə böyüdə bilmək istəyirəm", - deyə cavab verib.
Qurbanov, həyatındakı ən dəyərli sərvəti olan ailəsini xatırladan evə və evin həyətinə addım ata bilməyəcəyini, hər dəfə evə baxanda ailəsində olan xatirələrin gözündə canlandığını və bu ağrıya dözə bilmədiyini bildirib.
Yenidən cəbhəyə getməyə hazırlaşdığını söyləyən hərbçi, "Vətənimə təşəkkür edirəm. Lazım olsa canımı da verərəm. Qoy dövlət və millətimiz mövcud olsun. Mən indi cəbhədə deyiləm, amma yaxın gələcəkdə cəbhəyə gedəcəyəm",-deyə qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)





