Azərbaycan 2 ciddi sınaqla üz-üzə - Ehtimal var ki...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə olaraq çətin günlərdən keçirik. Bu hadisələrdə bildiyimiz kimi səhiyyə sisteminin də böyük rolu, üzərinə düşən ağır yük və məsuliyyəti vardır.
Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
İnfeksionist bildirib ki, ölkəmiz üçün belə bir həssas zamanda insanlarımızın ən böyük köməyi, xidməti xəstəlikdən özünü və ətrafını qorumaq, qaydalara riayət etmək, maska taxmaq olardı:
"Aylardır COVİD-19 infeksiyası ilə mübarizədə bir sıra çətinliklərimiz oldu, uğurlarımız oldu, itkilərimiz oldu. Lakin biz indi fevral-mart ayında deyilik artıq, koronavirus ilə tanışlığımızdan az qalır ki 1 ilə yaxın bir vaxt keçsin. Mart ayında karantin elan olunanda, insanlara qoruyucu tədbirlər aşılananda, onları xəstəlikdən qorunmağa çağıranda bir çox çətinliklərlə qarşılaşırdıq.

Biz tibb işçiləriyik, bizim özümüzə belə adaptasiya dövrü çətin oldu, o ki qaldı qeyri-tibb sahəsinin insanları. Amma düşünürəm ki, kiyafət qədər zaman keçib və hamımız öz üzərimizə düşəni, edəcəyimiz tədbirləri bilirik artıq. Mən vətəndaş olaraq qorunmalıyam, maskamı taxmalıyam, həkim olaraq müalicə ilə məşğul olmalıyam, yenilikləri izləməliyəm və s.
Çətin olan sağlam keçirdiyimiz günlər üçün darıxmaqdır
Bugünkü gün, səhiyyə ocaqlarımız, həkimlərimiz, tibb personalımız 2 ciddi sınaqla üz-üzə qalıb. Bir tərəfdən sayları artmaqda olan COVİD-19 xəstələrinin müalicəsi, digər tərəfdən yaralı hərbçilərin müalicəsi. Bizim bu sınaqlardan az itkilərlə çıxmağımız üçün əhalinin də diqqətli davranmasına, bütün bu sadaladıqlarımı nəzərə almasına və anlayışla qarşılamasına ehtiyacımız var. Bizə onlarla müraciətlər olur, könüllü xidmət etmək istəyənlər olur, həm yaralılara, həm koronovirus xəstələrinə. Məhz köməyinizi bu formada göstərsəniz, xəstəlikdən özünüzü qorusanız, ən böyük xidməti göstərmiş olarsınız. Qaydalara riayət etmək, maska taxmaq çətin deyil, sağlam keçirdiyimiz, xəstəlikdən azad keçirdiyimiz günlər üçün darıxmaqdır çətin olan.

Yoluxmanın daha da artmaq ehtimalı var
Yoluxma saylarımız artır, bunu hələ payız fəslinin əvvəlindən ehtimal edirdik, gözləmədiyimiz bir vəziyyət deyil, daha da artmaq ehtimalı var. Səbəblər də artıq hamıya bəllidir, havaların soyuması, qapalı məkanlarda insanların daha çox vaxt keçirməsi, iş yerlərinin açılması və s. Bizim insanımız da hər zaman soyuqdan özünü qoruyan olub, xəstəliklərin soyuqla əlaqəsinin olduğuna ciddi inanmışıq və bunun nəticəsi olaraq olduğumuz məkanları da soyuq aylarda daha az havalandırırıq təəssüf ki. Soyuqdan xəstəlik yaranmaz, amma qapalı mühitdə, havası mütəmadi dəyişilməyən, dolayısı ilə havadakı patogen mikrobların sayı artmış otaqda uzun müddət qalmaqdan xəstəlik yarana bilər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər





