Ekspert: Müəllimlər onlayn dərslərdə daha interaktiv metodlardan istifadə etməlidirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onlayn dərslər canlı ünsiyyəti əvəz etmədiyindən müəllimlər dərskeçmə zamanı daha interaktiv metodlardan istifadə etməlidirlər:
Milli.Az bildirir ki, bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.
Mütəxəssis bildirib ki, onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalmasının, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsinin, həmçinin emosiya və duyğularını nisbətən az ötürməsinin şagirdlərə təsiri var:
"Məlumdur ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırıldı. Təhsil Nazirliyinin gərgin əməyi sayəsində proses teledərslər, virtual məktəb layihəsi və onlayn dərslərin köməyi ilə həyata keçirildi. Onlayn dərslər, əsasən, "Skype", "Zoom", "Microsoft Teams" və "Hangouts Meet" proqramları vasitəsi ilə aparıldı. Distant təhsil forması və onlayn dərslər internet üzərindən aparıldığı üçün müəyyən texniki problemlərin və avadanlıq nasazlığı sıxıntılarının yaranması qaçılmaz oldu. Xüsusilə, regionlarda bu problemlər özünü daha aydın formada göstərdi. Amma buna rəğmən prosesi idarə etmək mümkün oldu. Yeni tədris ilində proses hibrid model olaraq sinifdə əyani və evdə onlayn formada davam etdiriləcək. Onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalmasının, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsinin, həmçinin emosiya və duyğularını nisbətən az ötürməsinin şagirdlərə təsiri var. Belə dərslər canlı ünsiyyəti əvəz etmədiyindən yeni modeldə təhsilverənlərin daha interaktiv metodlardan istifadəsi zəruridir".
E.Süleymanov əlavə edib ki, onlayn dərs prosesi bilvasitə şagirdlərin ev mühitində keçirildiyindən valideynlərin də bu prosesdə iştirakı vacibdir. Belə ki, valideynlər onlayn dərslərin keçirilməsi zamanı övladlarının yanında olmalı, dərs prosesini təşkil etməkdə müəllimə kömək göstərməli, dərslərin effektiv keçməsi üçün şərait yaratmalıdırlar. Müəllimlərin İKT bacarıqları, veb-resurslardan istifadə səriştələri də bu prosesin effektivliyinə təsir edən amillərdəndir.
Ekspert müəyyən çatışmazlıqlara baxmayaraq, distant təhsilin bir sıra üstünlüklərinin də olduğunu açıqlayıb. Onun sözlərinə görə, distant təhsil zamanı şəxs üçün psixoloji komfort durumu yaranır, o, zamana qənaət etmiş olur. Bununla yanaşı, gələcək üçün lazım ola biləcək distant təhsil ilə işləmək bacarıqları inkişaf edir, əlavə tədris materiallarının daha dərindən öyrənilməsi imkanı yaranır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
XƏBƏR LENTİ
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"





