Peyvənd koronavirusun SONU OLACAQ? - Həqiqət əslində BELƏDİR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COVİD-lə bağlı "Peyvənd tapılarsa, koronavirusun sonu olacaq" açıqlamaları ara-sıra istər mediada, istərsə də ictimai yerlərdə eşidə bilirik.

Bəs həqiqətənmi peyvənd COVİD-19 virusunun sonu olacaq?
Milli.Az-a açıqlama verən Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev bunları deyib:
"Vaksinin tapılması koronavirusun sonu olmaq demək deyil. Əgər bütün dünya əhalisi vaksinasiya edilərsə, o zaman koronavirusun təhlükəsi aradan qalxar. O zaman hər kəs işiylə-gücüylə, dərsiylə, məktəbiylə, turizmi ilə məşğul ola bilər.

Təhlükə hələ də qalır
Misal üçün, hesab edək ki, Amerikada vaksin tapılıb, amma Azərbaycan əhalisi hələ vaksinasiya edilməyib. Bu zaman bizim üçün bu təhlükə hələ də qalır. Yəni, vaksinin tapılması yox, əhalinin vaksinləşdirilməsi bu məsələni həll edir. O vaksinin bizə gəlib çıxmağı də müəyyən qədər vaxt aparacaq. Çünki öncədən sifariş edən ölkələr var. Risk qruplarına daxil olan şəxslərə bu vaksinlərdən ilk və daha çox istifadə edəcəklər, yaxud vaksin hansı ölkədə tapılsa, birinci öz ölkəsi üçün, yəqin ki, istifadə edəcək. Bizim dövlət əgər əvvəlcədən sifariş edibsə, əgər vaxtında çatarsa, əhalimizi yetəri qədər əhatə edərsə, hə, o zaman təhlükə aradan qalxmış olar.
Koronavirus tam məhv olmayacaq
Peyvənd olunsa da koronavirus tam məhv olmayacaq. Sadəcə, vaksin olduğuna görə virus bizim bədənimizə düşəndə hiss etməyəcəyik ki, o, bizim bədənimizə düşdü, yəni xəstəlik törətməyəcək. Ən pis halda özünü yüngül dərəcəli qrip, soyuqdəymə əlamətləri kimi göstərə bilər. Yəni, indiki kimi ağırlaşmalar verməyəcək.

Çünki bilirsiniz vaksin nədir?! Vaksin zəiflədilmiş virusdur, virusun özüdür, ya da ki onun toksinləri. Onu tədqiqatlarla zəiflədirlər, vururlar orqanizmə. O zaman orqanizmin ona qarşı immuniteti yaranır, amma xəstəlik yaranmır. Növbəti dəfə lap aktiv virus da düşəndə artıq sənin bədənin onu tanıyır, ona qarşı orqanizmində mübarizə tədbiri var.
Bunlar hamısı boş-boş söhbətlərdir
Heç kim vaksindən qorxmamalıdır, vaksin elmin nailiyyətidir. Bütün insanlıq üçün vaksin faydalı bir şeydir. Bəzi cahil insanlar deyir ki, "vaksin vurmaq lazım deyil, çip ordan getdi, filan oldu", bunlar hamısı boş-boş söhbətlərdir. Biz hamımız bu dəqiqə 10 gözlə, 20 qulaqla gözləyirik ki, təsdiq olunmuş üçüncü mərhələni keçmiş vaksin xəbəri artıq çıxsın ki, dünya bu bəladan yavaş-yavaş qurtarsın".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
XƏBƏR LENTİ
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)





