Ölkə

Bu istiqamətlərdə xəttə əlavə avtobuslar verilir - FOTO

31 Avqust 2020 17:37
Baxış: 2 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının "Nizami", "Elmlər Akademiyası" və "İçərişəhər" metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişin daşınması üçün əlavə avtobuslar xəttə verilir.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, səhər və axşam - pik saatlarda sərnişin axınını idarə etmək məqsədi ilə tələbat olan istiqamətlərdə xəttə əlavə avtobuslar cəlb edilir.

Axşam pik saatlarında metronun "Nizami", "Elmlər Akademiyası" və "İçərişəhər" metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik "BakuBus" avtobusları xidmətə buraxılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.