Ölkə

Yoluxma sayında artımın olması karantinin sərtləşməsinə səbəb olacaq? - AÇIQLAMA

21 Avqust 2020 17:40
Baxış: 3 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yumşalmaya mərhələli getməyimiz vəziyyətə nəzarət etməklə bağlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, amma bugünki yoluxma sayında artımın olmasının sərtləşməyə səbəb olacağı barədə danışmaq tezdir: "Bu barədə mən heç nə deyə bilmərəm. Sərtləşmə barədə qərarın veriləcəyini deyə bilmərəm. Amma yoluxma sayında nisbətən artım olması yəqin ki müzakirə olunacaq, bu proseslə bağlı hansı qərar qəbul edilərsə, ictimaiyyətə məlumat veriləcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.