Ölkə

Restoranda məclis keçirənlər aşkarlandı - Obyekt sahibi 3000 manat cərimələndi

17 Avqust 2020 21:54
Baxış: 2 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozulması ilə müşayiət olunan "Beer" restoranı aşkar olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi RPİ və 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində sahibkarlıq subyektinin sahibi, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi 3000 manat, digərləri 200 manat cərimə olunublar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.