Ölkə

İctimai iaşə müəssisələrində əməl edilməsi vacib qaydalar - FOTO

16 Avqust 2020 20:21
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində çalışan heyətin dəyişəkli təmiz iş geyimi ilə təmin olunması vacibdir.

AQTA-dan Milli.Az-a bildirilib ki, qida məhsulları ilə təmas edərkən baş örtükləri (bone) və əlcəklərdən istifadə olunmalıdır.

Qeyd edək ki, iş prosesində geyinilmiş paltarların yüksək temperaturda yuyucu vasitələrlə yuyulması tövsiyə olunur. Bununla yanaşı ictimai iaşə müəssisələrində qida məhsullarına açıq əllə toxunulması yolverilməzdir. Xidməti əşya və avadanlıqlar isə istifadə olunduqca mütəmadi dəyişdirilməli, fərqli bölmələrdə saxlanılmalı, eyni zamanda istifadə edilməzdən əvvəl və sonra təmizlənib, dezinfeksiya olunmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.