Ölkə

BP AÇG üzrə xərcləri artırıb

13 Avqust 2020 16:04
Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin birinci yarısı ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təxminən 268 milyon dollar əməliyyat məsrəfləri və 947 milyon dollardan çox əsaslı məsrəflər xərclənib. Ötən il isə əməliyyat məsrəfləri 272, əsaslı məsrəflər isə 657 milyon dollar olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə BP-nin hesabatına istinadən məlumat verir.

İkinci rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sosial məsafə saxlama tədbirləri ilə və sahədə işçi sayını azaltmaqla davam etmişdir. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılmış və ilkin iri avadanlıq rüb ərzində Bakıya gətirilmişdir. Növbəti üst modul qaldırma əməliyyatı iyul ayında başa çatdırılmışdır.

Yaşayış blokunun inşası İsveçdə davam etmiş, həmçinin sualtı qurğuların inşası Dərin Özüllər Zavodunun tikinti sahəsində, sualtı boruların örtüklənməsi işləri isə Xəzər Boru Örtüklənməsi (Caspian Pipe Coating (CPC)) müəssisəsində davam etmişdir.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.