Ölkə

1220 manat dəyərində iki ədəd velosiped oğurlayan şəxs tutulub

11 Avqust 2020 18:59
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi rayonunda yeni tikilən binaların dəhlizlərində velosiped oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Qulu Quliyev küçəsi, 41 və Ceyhun Səlimov küçəsi, 7 ünvanlarında ümumi dəyəri 1220 manat olan iki ədəd velosiped oğurlayan paytaxt sakini Ayhan İsayev tutulub. O, ifadəsində oğurladığı velosipedləri dəyər-dəyməzinə satdığını deyib.

Həmçinin Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Onun əlindəki kağız torbaya baxış zamanı kibrit qutularının içərisində satış üçün qablaşdırılan ümumi çəkisi 15 qrama yaxın olan qudurulmuş marixuana aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan "Azər" adlı tanışından 700 manata aldığını bildirib.

Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxslər barəsində cinayət işinə başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.