Ölkə

"Pensiyaçıların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik"

7 Avqust 2020 13:08
Baxış: 1 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda pensiyaçılarımızın yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik.

Milli.Az Trend-ə istinadən əbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əməkhaqları tam leqallaşmalıdır. Onlardan toplanan sosial sığorta haqları vətəndaşlara pensiya olaraq ödənilməlidir.

S.Babayev əlavə edib ki, bu il ərzində 53 min vətəndaşa pensiya elektron qaydada təyin olunub.

Nazir qeyd edib ki, ölkə üzrə əmək münasibətlərinin vahid platforması yaradılacaq.

S.Babayev bildirib ki, ahıl şəxslər internetdən geniş istifadə etmirlər. buna görə də produktiv xidmətlərin sayı artırılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.