Ölkə

Siyavuş Novruzov: "Nöqsanlar, təbii ki, var və aradan qaldırılmalıdır"

7 Avqust 2020 11:59
Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev tərəfindən regionların inkişafı ilə bağlı verilən qərarlar bu gün regionların inkişafını təmin edən ən mühüm amildir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu gün biz azad və demokratik ölkədə yaşayırıq: "Müəyyən problem var. Cəmiyyət varsa, insanlar varsa, problem də olmalıdır. Torpaq islahatları sovetlər birliyində ilk dəfə Azərbaycanda həyata keçirildi. Bunun nəticəsində bu gün biz bol kənd təsərrüfatı məhsullarının şahidiyik. Nöqsanlar, təbii ki, var və aradan qaldırılmalıdır. Ancaq bununla yanaşı biz görülən işləri də dəyərləndirməliyik. Rayonlarda quruculuq-abadlıq işləri aparılıb, yeni müəssisələr tikilib, yeni iş yerləri yaradılıb.

Biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik. Bu gün Azərbaycan təhlükəsizlik adasıdır. Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbaycanı gözü götürməyən qüvvələr olacaq və biz birlikdə bu qüvvələrə qarşı mübarizə aparmalıyıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.