Ölkə

Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi - FOTO

6 Avqust 2020 18:34
Baxış: 1 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, buna səbəb partiya sədrinin çoxsaylı ödənilməmiş cərimələrinin olmasıdır.

Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub. 

Bu gün isə Hafiz Hacıyevin Azadlıq prospektində daha bir qayda pozuntusu edib. Belə ki, yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək, ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər.

Partiya sədrinin sürücülük hüququnun iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.