Təhsil Nazirliyindən yeni dərs ili ilə bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmini məqsədilə ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər də artıq formalaşdırılıb.
Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ölkəmizdə koronavirus (COVİD-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma müşahidə edilməkdədir. Bu dinamikanın qorunub saxlanılması məqsədilə 31 avqust 2020-ci il tarixədək ölkə ərazisində xüsusi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən məhdudiyyətlər qalmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və YUNESKO dünyadakı mövcud pandemiya şəraitində qeyd etmişlər ki, təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır.
Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir. Ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyatı dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.
Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilməkdədir.
Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Bununla bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
XƏBƏR LENTİ
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı





