Ölkə

ÜST Bakı, Şamaxı və Gəncə şəhərlərində epidemioloji vəziyyətin qiymətləndirilməsini aparacaq

22 İyul 2020 18:44
Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Səhiyyə naziri Oqtay Şirəliyev ÜST Avropa Regional Bürosu tərəfindən Azərbaycanda COVİD-19-a qarşı cavab və müzakirə tədbirləri çərçivəsində qiymətləndirici missiyanı qəbul edib.

Səhiyyə Nazirliyindən Milli.Az-a bildirilib ki, missiyanın məqsədi ölkədə mövcud vəziyyəti qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVİD-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.

Missiya paytaxt Bakıdan başqa Şamaxı və Gəncə şəhərlərində də epidemioloji qiymətləndirmə aparılmasını planlaşdırır. Səhiyyə naziri bu işlərə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin də iştirakını qonaqlara tövsiyə edib.

Həmçinin görüşdə cari sanitar-epidemioloji vəziyyət, xəstəxana daxili infeksiyalara nəzarət, xəstəliyin artma mexanizmi, xroniki gediş və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, toplantıda Səhiyyə nazirinin müavini Nigar Əliyeva, Respublikanın baş dövlət sanitar həkimi nazir müavini Viktor Qasımov, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Abdullayev, Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin rəhbəri Hande Harmancı, missiyanın rəhbəri - David Novillo Ortiz, missiyanın üzvləri Şahin Hüseynov, Elza Maria Negro Calduch, Olha İzhyk, Jetri Regmi və başqaları iştirak ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.