Ölkə

Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb

14 İyul 2020 16:39
Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yoluxma halları Bakı şəhərində 55.3 faiz təşkil edib.

Məlumata əsasən, Abşeronda yoluxma 17.0 faiz, Gəncə-Qazax bölgəsində 7.7 faiz, Aranda 7.4 faiz, Lənkəranda 5.6 faiz, Quba-Xaçmazda 2.1 faiz, Şəki-Zaqatalada 1.6 faiz, Yuxarı Qarabağda 1.0 faiz, Dağlıq Şirvanda 1.4 faiz təşkil edib. Naxçıvanda yoluxma 0. 0 faiz, xaricdən gələnlərdə yoluxma halları isə 1.1 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 24570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15640 nəfər müalicə olunaraq sağalıb, 313nəfər vəfat edib, 8617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.