Ölkə

Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb

10 İyul 2020 23:07
Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin iyun ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 3132 yeni abonent qeydiyyata alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, bundan 2252 abonent Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 880 abonent isə regionların payına düşür: "Bu ilin yanvar-iyun ayları ərzində əhali sektoru üzrə 36 564 yeni abonent qeydiyyata alınıb. Beləliklə, 01 iyul 2020-ci il tarixinə "Azəriqaz" İstehsalat Birliyində ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-ə bərabər olmuşdur. 881 905 abonent Bakı şəhəri, 1 milyon 403 min 75 abonent isə regionlarda qeydiyyata alınıb.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 621 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün hər birinə 5000 kub metr həcmində limit ayrılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.