Ölkə

Nəqliyyat-ekspedisiya fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanıb

8 İyul 2020 17:09
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının ərazisində iqtisadiyyatın və əhalinin nəqliyyat-ekspedisiya xidmətlərinə olan tələbatlarının təmin edilməsi, nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi, bu sahədə dövlət orqanları, nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Qanun layihəsi hazırlanaraq, İqtisadiyyat Nazirliyinin mütəxəssiləri ilə birlikdə müzakirə olunub. Daşıyıcıların iştirakı ilə təcrübələr əsasında təkmilləşdirilən yekun layihə müvafiq dövlət prosedurlarından keçirilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sözügedən Qanun layihəsi qəbul olunduqdan sonra yükgöndərən, yükalan, ekspeditor və daşıyıcı, bir sözlə nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlər qanunla tənzimlənəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.