Ölkə

Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

8 İyul 2020 12:51
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu iki istiqamət üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, 2020-ci ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 455,4 min nəfərə sosial müavinət ödənilib. Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Həmin dövrdə Nazirliyin xətti ilə Prezident təqaüdləri ilə təmin olunanların sayı 287,5 min nəfər olub. Yanvar-iyun aylarında ümumilikdə 742,9 min nəfərə sosial müavinət və təqaüd verilib.

Cari ilin 6 ayında müavinət və təqaüdlər formasında əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.