Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda koronavirusa yoluxanların 55,1 faizi Bakının payına düşür.
Milli.Az Trend-ə istinadən bildirir ki, ölkə üzrə ikinci ən çox yoluxma Abşeron rayonundadır. Bu zonada yoluxma 16,3 faziə çıxıb. Gəncə-Qazax zonası isə 8,3 faiz yoluxma ilə 3-cü yerdədir. 7,5 faiz yoluxma Aran zonası, 5,8 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 1.3 faizi xaricdən gələnlərdir.
Hazırda ölkə üzrə yoluxma hallarının 1,4 faizi Şəki-Zaqatala, 1,6 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,2 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ötən həftədən sonra Naxçıvanda koronavirusa yoluxma halı baş verməyib.
Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Yasamal və Xətai rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,8 faizi Binəqədi, 12,4 faizi Yasamal, 1,9 faizi isə Xətai rayonunun payına düşür. Yoluxma hallarının 11,4 faizi Sabunçu, 10,4 faizi Nəsimi, 8,8 faizi Nərimanov, 8,7 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 8,2 faizi Nizami, 5,7 faizi Qaradağ, 4,2 faizi Xəzər, 4,7 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.
Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.
Xatırladaq ki, iyulun 6-na qədər Azərbaycanda 20837 nəfər koronavirusa yoluxub. Onlardan 12182 nəfər sağalıb, 258 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 8397 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 522 min 773 nəfər üzərində koronavirus testi keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO
-
Günün qoroskopu: İntuisiyanız bu gün sizə yol göstərəcək
-
Laçin Ceylan "Kızılcık şerbeti"ndə - (Foto)
-
Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı
-
"Qalatasaray"da Virgil van Dayk üçün geri sayım
-
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
-
İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - (Foto)
-
İngiltərədə qatarlar toqquşdu
-
Culfa sakini dəm qazından ölüb
-
Mingəçevirdə qaz olmayacaq
-
Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
-
DÇ-2026-nın ən yaraşıqlı futbolçuları açıqlandı
-
"Dr.Gülü"dən yeni şikayət - "Tikişi bağlamayıblar" - (Video)
-
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
-
Ece İrtemin meymun dişləməsindən öldüyü deyilir
-
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
-
Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları aşkarlanıb - (Foto/Video)
-
Anar İsrafilov vəzifədən getdi
-
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Aİ Ermənistana 34 milyon avro yardım ayırdı
-
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
-
Həsən Əblucun xanımı vəfat etdi - (Foto/Video)
-
Bakıdan Pirşağıya gedən sürət qatarında ləngimə olub - Yenilənib
-
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub





