Ölkə

Nazir iki rəisə vəzifə verdi, digərini sərəncama götürdü

6 İyul 2020 15:49
Baxış: 5 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov vəzifəsindən azad edilərək Biləsuvar rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Biləsuvar RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub.

Şamaxı RPŞ-nin rəisi Şahin Mirzəyev isə nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.