Ölkə

Əsgərlikdən qayıdan oğluna yığıncaq keçirən ata və qonaqları cərimələndi

6 İyul 2020 11:14
Baxış: 1 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallıda oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən şəxs və qonaqları cərimələndi.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ərkivan qəsəbə sakini Lazım Həsənovun oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən şəxslər saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətiriliblər. Karantin qaydalarının pozulmasına görə, 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.