Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ölkədə sərt karantin elan olunan ərazilərdə fəaliyyətinə icazə verilən şəxslər də şəxsi avtomobillərindən qeyri-iş saatlarında istifadə etmədiyi halda məsuliyyətə cəlb oluna bilər".
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, şəxsi avtomobillərdən istifadə edən şəxslər yalnız iş saatlarında sərbəst hərəkət edə biləcəklər: "Əgər kiminsə hərəkətə icazəsi varsa, icaze-e.gov.az portalından qeydiyyatdan keçibsə, həmin şəxs yalnız iş saatlarında şəxsi avtomobilindən istifadə edə bilər. Həmçinin sms icazə ilə də icazəsi olan şəxs həmin icazə müddətində şəxsi avtomobilindən istifadə edə bilər.
Amma icaze-e.gov.az portalından qeydiyyatdan keçən şəxsin şənbə və bazar günləri iş yeri fəaliyyət göstərmirsə, həmin şəxsin o günlərdə evdən çıxması və şəxsi avtomobilindən istifadəsi qadağandır. Belə bir hal aşkar edilərsə, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki onlara yalnız iş günləri işə və evə getməsi üçün icazə verilib. Qeyri-iş saatlarında həmin şəxslərin evdən çıxmaq və avtomobil idarə etməyə icazəsi yoxdur".
K.Əliyev qeyd edib ki, iş yerlərinə getmək üçün icazəsi olan şəxslər şəxsi avtomobillərini də icaze-e. gov.az portalından qeydiyyatdan keçirə bilərlər: "Çünki bunun üçün həmin portalda xüsusi bölmə var və yaxşı olar ki, həmin şəxs istifadəsində olan avtomobili qeydiyyatdan keçirsin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bərdədə ağır qəza OLDU
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
DYP sürücülərə müraciət ETDİ
-
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
-
Bakıda bu avtobuslar yenilənir - Qiymət…
-
Ayın ilk günü kəskin isti olacaq - PROQNOZ
-
Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI
-
ABŞ və İsrail buludlara müdaxilə edir?
-
Ziraat Bank Bankkart Prestij "Sabah" bir futbolçusu ilə yollarını ayırdı
-
Cüdoçumuz Avropa Kubokunun qalibi oldu
-
Bu gecə gözünüz səmada olsun
-
Azərbaycanda bu əraziyə qar yağır - FAKTİKİ HAVA
-
Azərbaycan U-21 millisində dəyişiklik
-
Durovun sevgilisinin istəkləri gündəm oldu - Siyahıda görün nələr var
-
Putinin planı üzə çıxdı? - NATO-nu zəiflətmək istəyir
-
Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı
-
Razılaşma olmazsa, məsələ hərbi yolla həll ediləcək
-
Tütün hər il 7 milyondan çox can alır
-
Beynəlxalq xəbərdarlıq: Ebola təhlükəsi böyüyür
-
Stalinin şərabları ilk dəfə hərraca çıxarılacaq
-
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var
-
Goranboyda ağır QƏZA - Xəsarət alanlar var
-
"Taleyim belə gətirdi, peşman deyiləm"
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var





