Ölkə

TƏBİB sədri özəl xəstəxanaları həmrəyliyə çağırıb

3 İyul 2020 19:04
Baxış: 1 460
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bəzən özəl xəstəxanalarda kompüter tomoqrafiyasından keçmiş şəxslərlə bağlı məlumatlar bizə gec daxil olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, özəl xəstəxanalara müraciət edərək, onları həmrəyliyə çağırıb:

"Bəzən xəstələr qanda saturasiyanın 50-yə düşməsi ilə bizə daxil olur. Bu halda onları dərhal tənəffüs aparatına qoşmaq lazım gəlir. Əks halda, xəstəni itirə bilərik. Ona görə də özəl xəstəxanaları bizimlə həmrəy olmağa çağırıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.