Ölkə

Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi

2 İyul 2020 10:42
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 29 iyun 2020-ci tarixində İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında beş fıstıq ağacının kəsilməsi faktı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub:

"ETSN Qalıncaq kəndinin sakinlərinə, kəndin icra nümayəndəliyi və bələdiyyəsinə müraciət edir ki, meşələrə bu cür münasibət bəsləyənlərə qarşı sərt mövqe tutsunlar, biganə qalmasınlar, qınasınlar və meşələrin mühafizə olunmasında kömək göstərsinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.