Ölkə

Azərbaycanda 18 jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib

30 İyun 2020 15:52
Baxış: 1 294

"Jurnalistlər arasında COVID-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib

Onun sözlərinə görə, mayın 16-da açıqlama yayaraq, 4 ay müddətində (fevral-may ) jurnalistlər arasında COVID-19-a yoluxan və həyatını itirənlər barədə bilgi vermişdik. O zaman dünyada pandemiya səbəbiylə həyatlarını itirən jurnalistlərin sayı 67 nəfərdi. Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın idi. Qısa zaman kəsiyində-1 ay ərzində durum kəskin dəyişib. Son bir ayın neqativ göstəriciləri əvvəlki 4 ayın nəticələrindən 2 dəfə çoxdur. Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına döğru dünyada COVID-19-a yoluxub həyatını itirənlər jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır. Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb. Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub-62 nəfər, Avropada 23 nəfər, Asiyada 17 nəfər, Şimali Amerika 13, Afrika 12 nəfər jurnalist həyatını itirib. Siyahıda qabarıq görünən ölkələr: Peru (15 nəfər), Braziliya (13 nəfər), Meksika (13 nəfər), Ekvador (12 nəfər), ABŞ (12 nəfər), Rusiya (8 nəfər), Pakistan (8 nəfər), Böyük Britaniya (5 nəfər), Banqladeş (4 nəfər), Boliviya (3 nəfər), Kamerun (3 nəfər), Fransa (3 nəfər), İtaliya (3 nəfər), İspaniya (3 nəfər), Hindistandır (3 nəfər) və sair.

"Ötən ayın siyahısında dəyişən bir məqam da var: hesabatlarda artıq Azərbycanın da adı görünür. İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 nəfər jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə hyatını itirib".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.