Ölkə

Azərbaycanda 5G texnologiyası tətbiq olunur? - Nazirlik açıqladı

27 İyun 2020 18:27
Baxış: 2 177
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Covid-19" pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir.

Milli.Az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya bizi super sürətli və kəsintisiz internetlə təmin edir.

Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

Nazirlikdən bildirilib ki,Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.