Ölkə

Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3500-ə çatıb

25 İyun 2020 18:08
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3500-ə çatıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, nlardan bir hissəsi artıq təlimlərdə iştirak edib və Xidmət tərəfindən özünüməşğulluq proqramına cəlb edilən digərləri üçün təlimlərin keçirilməsi davam etdirilir.

Hazırda xüsusi karantin rejimi tətbiq edilməyən rayonlarda ümumilikdə 800-dək iştirakçı təlimlərdə iştirak edir. Təlimlər "Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair" metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir.

Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.