Ölkə

TƏBİB: Maskasız vətəndaşlar qınaq obyektinə çevrilməlidir

25 İyun 2020 17:56
Baxış: 1 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TƏBİB yalnız tibb müəssisələrinə nəzarət edir. İnsanların maska taxmasına nəzarət edə bilmir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu səlahiyyətlər qurumun səlahiyyətində deyil: "Biz maska üçün vətəndaşlara müraciət edirik, amma onlara nəzarət etmək səlahiyyətində deyil. Vəyəndaşlar elə bilirlər ki maskanı taxmamaqla kimisə aldadır. Amma onlar bilmirlər ki maska taxmaqla onlar özlərini qoruyurlar.

Kimisə aldatmaq onların xeyrinə deyil. Qaydalar sərtləşdikcə vəziyyət gərginləşir. Biz qaydaları təstiqləməklə insanların başının üstündə dura bilmərik. Marketlərdə hər kəsin üzərinə bir polis qoya bilmərik. Bunun üçün ictimai qınaq olmalıdır. Maskasız vətəndaşlar qınaq obyektinə çevirməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.