Ölkə

Eldar Əzizov: Hər gün 2 mindən çox adam dezinfeksiya işlərinə cəlb olunur

24 İyun 2020 17:32
Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

3 aydan çoxdur ki, ölkəmizdə karantin rejimi elan olunub. Özünəməxsus, spesifik bir vaxtda yaşayırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, yeni yaranmış vəziyyət Bakı şəhər və rayon İcra Hakimiyyətlərinin təsərrüfat strukturları qarşısında yeni vəzifələr qoyub: "Bakı ərazi baxımından Avropanın ən böyük şəhərlərindən biridir. Bu ərazidə landşaft da, kontingent də fərqlidir. Buna baxmayaraq, strukturlarımız yeni çağırışlara hazır olub. Çünki dövlət dəstəyi ilə güclü maddi texniki baza yaradılıb. Hər gün 2 mindən çox adam dezinfeksiya işlərinə cəlb olunur. Avropanın heç də bütün şəhərlərdə bu həcm və formatda dezinfeksiya işi aparılmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.