Ölkə

Bugünkü imtahanların nəticəsi nə zaman bilinəcək? - DİM açıqladı

24 İyun 2020 16:05
Baxış: 2 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış (qəbul) imtahanlarının nəticələri və imtahan protokollarının və cavab vərəqlərinin emalına sabahdan başlanılacaq.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.