Ölkə

Bibiheybət məscidinin yanındakı yol istifadəyə verildi

24 İyun 2020 10:39
Baxış: 2 287
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətindən keçən hissəsi istifadəyə verilib .

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri başa çatdırılıb və yol iyunun 23-ü axşam saatlarında yolun asfalt örtüyünün vurulması başa çatıb və yol sürücülərin istifadəsinə verilib.

Xatırladaq ki, ötən ilin noyabr ayında paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ərazidən keçən avtomobil yolu çökərək yararsız vəziyyətə düşmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.