Ölkə

Koronavirusa yoluxan deputat: Mən artıq sağalmaq üzrəyəm

24 İyun 2020 11:09
Baxış: 2 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mən artıq sağalmaq üzrəyəm və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu COVİD-19-a yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev həkimlərə fədakarlıqlarına da minnətdarlığını da bildirib:

"Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışlarıyla doğmadan da doğmaplanetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəsətələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstəylə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.