Ölkə

Dəmir yolu xəttinin tikintisi planına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq

23 İyun 2020 13:54
Baxış: 2 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş nazir Əli Əsədov torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə qərar imzalayıb.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, qərarda deyilir:

1. Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilsin.

2. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.