Ölkə

Şəmkirdə polis əməliyyat keçirdi, narkotik əkən şəxslər saxlanıldı

18 İyun 2020 12:02
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 15-də Şəmkir RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mehirli kənd sakini 56 yaşlı Alim Novruzəliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 5 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa A. Novruzəliyevin üzərinə keçirilən baxış zamanı 3 ədəd kibrit qutusunda ümumi çəkisi 17.212 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini 38 yaşlı Tofiq Hüseynova məxsus evin həyətyanı sahəsindən 12 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə kolu - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin şəxslər çətənə kollarını özləri becərdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.