Ölkə

1-ci sinfə qəbulla bağlı iyuldan sonra boş yerlər qalarsa, valideynlər növbəyə yazıla bilərlər

16 İyun 2020 19:44
Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərazi prinsipinin tətbiq edildiyi məktəbləri seçən və həmin məktəbin aid olduğu ərazidə qeydiyyatda olmayan valideynlərin övladlarının birinci sinfə qəbulu ilə bağlı etdiyi müraciətlər zamanı məktəbə üstünlük hüququ olanlar qəbul edilirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, əgər uşağın qardaş və ya bacısı həmin məktəbdə oxuyursa, yaxud valideyni həmin məktəbdə işləyirsə, ona üstünlük hüququ veriləcək:

"Uşaq bu üstünlük hüquqlarından birinə malikdirsə, o məktəbə yerləşdiriləcək. Malik olmadıqda isə yaxınlıqdakı başqa məktəbə yerləşdirmə təklif ediləcək. İyul ayından sonra üstünlük hüqunun nəzərə alındığı məktəblərdə boş yerlər qalarsa, valideyn növbəyə yazıla bilər. Sistem ona məlumat verəcək ki, bu məktəbdə boş yer qalıb. Bundan sonra valideyn həmin məktəb üçün elektron sorğu yerləşdirə bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.