Ölkə

Masalıda ev və ona bitişik tövlə yanıb

16 İyun 2020 19:29
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallıda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Yelağac kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 130 m² sahədə, bitişik ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə və tövlənin içərisinə yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.

Evin, tövlənin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.