Ölkə

“ASAN xidmət” sərtləşdirilmiş karantin rejimində vətəndaşlara xüsusi xidmətlər göstərəcək

12 İyun 2020 17:22
Baxış: 1 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq ediləcəkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə dializ xəstəsi olan şəxslər "ASAN xidmət"in 108 "Çağrı" Mərkəzinə zəng etməklə müvafiq tibb müəssisələrinə çatdırılmaları ilə bağlı müraciət edə bilərlər. ASAN könüllüləri xüsusi ayrılmış avtomobillər vasitəsi ilə həmin şəxslərin aidiyyati tibb müəsisələrinə çatdırılmasını və geri qaytarılmasını təmin edəcəklər.

Bundan əlavə, təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) qaynar xətlərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar 108 "Çağrı" Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.