Dağüstü parkı Bakının ən gözəl məkanlarından biri hesab etmək olar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır.
Məhz bu amil əsas tutularaq hələ XX əsrin 30-cu illərində Bakının baş planı hazırlanarkən burada salınacaq Dağüstü parkın paytaxtımızın ümumi kompozisiyasında mühüm əhəmiyyətə malik olacağı nəzərdə tutulub. Bu park uzun illərdir paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biridir.
Mərmər pilləkənlər, fiqurlu barmaqlıqlar, şəlalə formasında fəvvarə, çox sayda skamya, ağaclıqlar Dağüstü parka möhtəşəmlik qazandırır.
FOTO: Zaur Mustafayev
Milli.Az